• 27 İyul 2024
logo
Türkiyədə hərbçilərimiz “mina”ları zərərsizləşdirdi

Türkiyədə hərbçilərimiz “mina”ları zərərsizləşdirdi

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib.

Baymedia.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib.

Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edir.

Əlavə edək ki, təlimlər sabah, dekabrın 6-da başa çatacaq.