• 27 İyul 2024
logo
Ötən həftə azad edilmiş ərazilərdə neçə mina tapılıb?

Ötən həftə azad edilmiş ərazilərdə neçə mina tapılıb?

İşğaldan azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (27 oktyabr - 03 noyabr) məlumatında deyilir.

Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2575,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.