• 27 İyul 2024
logo
Qaradağda evlərdən oğurluq edən şəxs saxlanıldı

Qaradağda evlərdən oğurluq edən şəxs saxlanıldı

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Puta qəsəbəsində evlərdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəsəbə ərazisində ayrı-ayrı vaxtlarda iki evdən 2500 manat pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.