• 27 İyul 2024
logo
DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Noyabrın 30-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baymedia.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 64 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.