• 27 İyul 2024
logo
Milli məhbuslar girov qarşılığında sərbəst buraxıldı

Milli məhbuslar girov qarşılığında sərbəst buraxıldı

Noyabrın 28-i Təbriz həbsxanasında saxlanılan 3 milli-mədəni məhbus girov qarşılığında sərbəst buraxılıblar.
Baymedia.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Sərbəst buraxılan Mürtəza Nurməhəmmədi, Mehrdad Qadiri və Hamid Yeganəpuru həbsxananın qarşısında mədəni fəallar qarşılayıblar.
Xatırladaq ki, adıçəkilən fəalların hər üçünü qanuna zidd olmayan dinc mədəni fəaliyyətlərinə görə həbs edilmişdilər.