• 3 Mart 2024
logo
Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm

Bakı Metropoliteni QSC-nin "Nəriman Nərimanov" stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib.

Bu barədə Baymedia.az-a qurumdan bildirilib.

Məlumata görə, stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.