• 27 İyul 2024
logo
Zəngilanda top mərmiləri aşkarlandı

Zəngilanda top mərmiləri aşkarlandı

Zəngilan rayonunda top mərmiləri aşkar edilib.

Bu barədə Baymedia.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.