• 27 İyul 2024
logo
İmişlidə ər arvadını bıçaqladı

İmişlidə ər arvadını bıçaqladı

İmişlidə ər arvadını bıçaqlayıb.

Baymedia.az xəbər verir ki, 1985-ci il təvəllüdlü İmişli rayonu, Cavadxanlı kəndində yaşayan Elməddin Qəhrəmanov arvadı, 1988-ci il təvəllüdlü Zəhra Qəhrəmanova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya çoxsaylı bıçaq zərbələri endirib.

Faktla bağlı İmişli rayon polis şöbəsinin İstintaq bölməsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, Elməddin Qəhrəmanov şübhəli şəxs qismində tutulub.