• 27 İyul 2024
logo
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik.

Baymedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.

O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.

Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır:

"Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram".