• 27 İyul 2024
logo
Ağdərə şəhəri bərpa olunur, Suqovuşan qəsəbəsi yenidən...

Ağdərə şəhəri bərpa olunur, Suqovuşan qəsəbəsi yenidən...

17:15

Azərbaycanın yenidən bərpa edilən Ağdərə rayonun inzibati mərkəzi Ağdərə şəhəri olacaq.

Baymedia.az Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Suqovuşan qəsəbəsi yenidən Ağdərə rayonun tərkibinə verilir.

Belə ki, Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi ( Kəlbəcər rayonun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan 73,74 kvadrat kilometr) yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

Qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. Həmin vaxt Suqovuşan qəsəbəsi də Tərtər rayonuna birləşdirilmişdi.

1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.

Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.