• 12 İyul 2025
logo
Tiktok açıldı? - Rəsmi cavab

Tiktok açıldı? - Rəsmi cavab

Azərbaycanda Tiktok sosial şəbəkəsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair məlumatlar yayılıb.

Elektron Təhlükəsizlik Xidmətindən Baymedia.az-a verilən məlumata görə, Tiktok sosial şəbəkəsinə qoyulan məhdudiyyət aradan qaldırılmayıb.

Qeyd edək ki, Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı Tiktoka giriş məhdudlaşdırılıb.