• 15 İyul 2025
logo
Cari ilin 9 ayında 6,2 ton narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb

Cari ilin 9 ayında 6,2 ton narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb

Сari ilin yanvar-sentyabr ayları ərzində aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 207 kiloqram 543,024 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 840 kiloqram 546,704 qramını heroin, 3 ton 566 kiloqram 504,126 qramını marixuana, 248 kiloqram 31,811 qramını tiryək, 51 kiloqram 583,994 qramını həşiş, 750,831 qramını kokain, 363 kiloqram 138,333 qramını psixotrop maddələr,136 kiloqram 987,225 qramını digər narkotik vasitələr təşkil edib.

Baymedia.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yanvar-sentyabr aylarının yekunları ilə bağlı məlumatında yer alıb.

Göstərilən dövr ərzində 48321 ədəd həb metadon,15102 ədəd çətənə bitkisi, eləcə də 3 kiloqram 197,368 qram, 7703 ədəd kapsul, 3308 ədəd həb və 12,95 qram güclü təsir edən maddə və 40,682 qram prekursor qanunsuz dövriyyədən götürülüb.