• 14 İyul 2025
logo
Bakıda "Prius" sürücüsünün bu görüntüsü şok etdi - Video

Bakıda "Prius" sürücüsünün bu görüntüsü şok etdi - Video

Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub.

Baymedia.az Bakı.vs-yə istinadən xəbər verir ki, görüntülər Yasamal rayonu Mətbuat prospektindəki “50 qəpik" adlanan avtoyuyucuda lentə alınıb. Sürücünün qeyri-adekvat hərəkətləri ətrafdakıların diqqətindən yayınmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məlum video ilə bağlı məsələ nəzarətə götürülüb:

"Araşdırma aparılır. Lazımi tədbirlər görüləcək".

Görüntüləri olduğu kimi təqdim edirik: