• 27 İyul 2024
logo
Zəngəzur dəhlizi 10 noyabr bəyanatında var - Akopyan

Zəngəzur dəhlizi 10 noyabr bəyanatında var - Akopyan

Zəngəzur dəhlizinin açılması 10 noyabr tarixli bəyanatda razılaşdırılıb.

Baymedia.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan deyib.

O bildirib ki, Türkiyə və Azərbaycanın Ermənistanın dəhlizin açılmasına sadiqliyi ilə bağlı bəyanatları təsadüfi deyil:

“Ankara və Bakıdan gələn mesajlar 10 noyabr tarixli bəyanata əsaslanır. 10 noyabr bəyanatı ağ-qara rəngdə yazılıb, siyasətlə məşğul olan hər kəs onu oxumalı və bu məqamların nəyə gətirib çıxaracağını başa düşməlidir”.

Ermənistanın Qarabağı yenidən işğal etmə ehtimalına gəlincə, general vurğulayıb ki, o xəyallarla yaşamır.

Akopyan Qarabağ məsələsinin artıq həll olunduğunu da qeyd edib.