• 27 İyul 2024
logo
Arutyunyan beynəlxalq axtarışa verilib – Kamran Əliyev

Arutyunyan beynəlxalq axtarışa verilib – Kamran Əliyev

Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib.

Baymedia.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə David Babayan, Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib:

“Onlardan biri artıq həbsədədir və barəsində istintaq gedir. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti bunlar və digərləri barədə ətraflı məlumat alacaq”.