• 10 Dekabr 2023
logo
İranda həbsxanada üsyan: məhbuslara atəş açıldı

İranda həbsxanada üsyan: məhbuslara atəş açıldı

Ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinin Ramhörmüz həbsxanasında məhbuslar üsyan edib.

Baymedia.az xəbər verir ki, bu barədə üsyan məhbuslardan biri barəsində edam hökmünün çıxarılmasında sonra baş verib.

Həbsxanadan atəş səslərinin eşidildiyi, məhbuslara qarşı odlu silahlardan istifadə edildiyi bildirilir.

İranın "Mehr" xəbər agentliyi üsyan və atəş səsləri barədə məlumatı təsdiqləsə də, ehtimal edilən ölü və yaralı sayı barədə heç nə yazmayıb.