• 19 Mart 2024
logo
Qaradağda tullantıların olduğu ərazi yanır

Qaradağda tullantıların olduğu ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində tullantılar olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Baymedia.az-a nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.