• 19 Mart 2024
logo
Bakıda binada yanğın: 6 nəfər təxliyə edildi - Video

Bakıda binada yanğın: 6 nəfər təxliyə edildi - Video

Bakıda doqquzmərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib.

Bu barədə Baymedia.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gecə FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.