• 19 Aprel 2024
logo
8 gün öncə itkin düşən şəxsin yanmış meyiti tapıldı

8 gün öncə itkin düşən şəxsin yanmış meyiti tapıldı

Qaxda 8 gün öncə itkin düşən şəxsin yanmış meyiti tapılıb.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib. Onun özünü yandıraraq intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.