• 27 Aprel 2024
logo
Bu əşyaları sərhəddən keçirən zaman... - Xəbərdarlıq

Bu əşyaları sərhəddən keçirən zaman... - Xəbərdarlıq

Kənar şəxslərdən götürdüyünüz əşyaları sərhəddən keçirən zaman gömrük orqanına bəyan etməyiniz tövsiyə olunur.

Dövlət Gömrük Komitəsindən Baymedia.az-a verilən məlumata görə, xarici ölkələrə səyahət zamanı hava limanlarında və ya digər yerlərdə Azərbaycan Respublikasına gətirilməsi məqsədilə kənar şəxslərdən götürülən əşyalar onları ölkənin gömrük sərhədindən keçirənlər tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada bəyan olunmalı və müvafiq gömrük ödənişləri ödənilməlidir.

Göstərilən tələblərin kənar şəxslərdən əşyaların qəbul edilməsi zamanı nəzərə alınması tövsiyə olunur.