• 25 Aprel 2024
logo
Lənkəranda çimərlikdə mina aşkarlandı

Lənkəranda çimərlikdə mina aşkarlandı

Lənkəranda Xəzər dənizinin kənarında mina tapılıb.
Baymedia.az Report-a istinadən xəbər verir ki, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.
Əraziyə mütəxəssislər cəlb olunub. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və aşkarlanan mina zərərsizləşdirilib.
Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.