• 28 Mart 2024
logo
Qəbələdə ağır qəza: ölənlər var

Qəbələdə ağır qəza: ölənlər var

Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, ölənlər və xəsarət alanlar var.

Baymedia.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hərəkətdə olan mikroavtobus və minik avtomobili toqquşması nəticəsində ölənlər və yaralananlar var.

Hazırda hadisə yerində araşdırma aparırlar, ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.