• 16 İyul 2024
logo
BƏƏ səfiri FHN Akademiyasında - Foto

BƏƏ səfiri FHN Akademiyasında - Foto

Mayın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi Fövqəladə Hallar Nazirliyinin Akademiyasına səfər edib.
FHN-dən Baymedia.az-a verilən m\lumata görə, qonaq, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Sonra qonağa ali təhsil müəssisəsinin yaranma tarixi, strukturu, təlim-tədris prosesi haqqında ətraflı məlumat verilib, elmi araşdırmaların və tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığı bildirilib. Həmçinin, Akademiyada beynəlxalq əlaqələrin genişləndirilməsindən, zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsindən, birgə elmi-tədqiqat işlərinin aparılması məqsədilə bir sıra ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin möhkəmləndirilməsindən danışılıb.
Səfər zamanı FHN Akademiyası ilə BƏƏ-nin müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edən səfir konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, Muzeylə tanış olub. Səfir Məhəmməd Əl Bluşi Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi FHN-in Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını etiraf edib.