• 22 Oktyabr 2024
logo
“Əhmədli” stansiyasında yük vaqonu relsdən çıxdı - Video

“Əhmədli” stansiyasında yük vaqonu relsdən çıxdı - Video

Bu gün saat 05:30 radələrində “Əhmədli” stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb.

Bu barədə Baymedia.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.