• 19 Aprel 2025
logo
Bakıda mağazadan 4 min manatlıq ətir oğurlanıb

Bakıda mağazadan 4 min manatlıq ətir oğurlanıb

Nəsimi rayonu ərazisindəki bir mağazadan 517 manat pul və 4320 manat dəyərində ətirin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Baymedia.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov saxlanılıb.
Araşdırma aparılır.