• 18 Aprel 2025
logo
DYP: Bölgələrdə yol nişanları yeniləri ilə əvəzlənir

DYP: Bölgələrdə yol nişanları yeniləri ilə əvəzlənir

Dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də Baş Dövlət Yol Polisi İdarəsi (DYP) qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.
İdarədən Baymedia.az-a bildirilib ki, hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Gəncə, Lənkəran, Şəmkir, Tovuz, Şirvan, Xaçmaz, Şabran və Bərdədə yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də svetofor obyektlərinə texniki qulluq həyata keçirilir.