• 22 Aprel 2025
logo
İran vətəndaşından külli miqdarda heroin alan “Miki” saxlanıldı

İran vətəndaşından külli miqdarda heroin alan “Miki” saxlanıldı

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Baymedia.az-a verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini Mikayıl Zamanov saxlanılıb. Üzərindən müxtəlif bükümlərdə heroin və marixuana aşkar edilən M.Zamanovun yaşadığı evdən isə 2 ədəd torbada ümumi çəkisi 5 kiloqram 110 qram heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.
Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.