• 25 Aprel 2024
logo
Bakıda kafeyə silahlı basqın

Bakıda kafeyə silahlı basqın

Bakıda kafeyə silahlı basqın olub.

Baymedia.az xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.

Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Səxavət Məhəmməd oğlu Məmmədovun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Ricat Salman oğlu Cəfərov və 1996-cı il təvəllüdlü Turan Ələddin oğlu Alıyev saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.