• 26 Aprel 2024
logo
Baş prokurorun birinci müavini Fazil Mustafaya qarşı silahlı hücüm baş verən əraziyə gedib

Baş prokurorun birinci müavini Fazil Mustafaya qarşı silahlı hücüm baş verən əraziyə gedib

Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan Baymedia.az-a bildirilib ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.
Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.