• 20 Aprel 2024
logo
İranda güclü zəlzələ: Naxçıvanda da hiss edildi

İranda güclü zəlzələ: Naxçıvanda da hiss edildi

Yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Baymedia.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.