• 29 Mart 2024
logo
Dəhşətli qəza: yük maşınları toqquşdu - Video

Dəhşətli qəza: yük maşınları toqquşdu - Video

15:39

Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub.

Baymedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

Qeyd edilən magistral yolun 84-cü km-də “Mersedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Kamaz” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində “Kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsü Etibar Əhmədov yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.