• 24 Aprel 2024
logo
Səyahətçilər Şuşada uşaqlara hədiyyələr verdi - Foto

Səyahətçilər Şuşada uşaqlara hədiyyələr verdi - Foto

Hazırda Şuşada olan xarici qonaqlar yerli uşaqlara hədiyyələr veriblər.
Baymedia.az xəbər verir ki, hədiyyəvermə mərasimi şəhər qalasının yaxınlığında baş tutub.
Qalaya səfər zamanı qonaqlara şəhərin zəngin tarixi haqqında məlumat verilib.
Nümayəndə heyəti, həmçinin, Şuşada aparılan tikinti-yenidənqurma işləri ilə tanış olublar.
Beynəlxalq səyahətçilər bu gün Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu mərkəzi meydanda şəkillər çəkdiriblər.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.