• 27 Aprel 2024
logo
Oğurluqda şübhəli bilinən qadın saxlanıldı

Oğurluqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
DİN-in mətbuat xidmətindən Baymedia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.
Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.
Araşadırmalar davam etdirilir.