• 20 Aprel 2024
logo
Kibertəhlükəsizlik qaydalarına əməl etmək və həmkarlara yaxşı mübasibət saxlamaq arasındakı balansı necə qorumalı

Kibertəhlükəsizlik qaydalarına əməl etmək və həmkarlara yaxşı mübasibət saxlamaq arasındakı balansı necə qorumalı

Ünsiyyət mədəniyyəti: kibertəhlükəsizlik qaydalarına əməl etmək və həmkarlara yaxşı mübasibət saxlamaq arasındakı balansı necə qorumalı

Ernst & Young-ın insan faktoru ilə əlaqəli kiberrisklərlə bağlı araşdırmasına görə, gənc işçilər şəxsi cihazlarına nisbətən iş cihazlarının kibertəhlükəsizliyi ilə bağlı daha az narahatdırlar. Eyni zamanda, Kaspersky Mobile Quest [Dis]connected statistikası başqa bir problemi üzə çıxarır: işçilər üçün kibertəhlükəsizlik qaydaları ilə dostlar və həmkarlarla yaxşı münasibət saxlamaq arasında balansı qorumaq çətindir.

İşçilərin kibertəhlükəsizlik siyasətinin pozması məlumat sızmalarında mühüm rol oynayır. Belə ki, çox vaxt onlar pis niyyətlə deyil, iş tapşırıqlarını səmərəli şəkildə yerinə yetirmək cəhdləri nəticəsində baş verir.

Ernst & Young tərəfindən aparılan araşdırmaya görə, Z nəsli və millenniallar daha məhsuldar olmaq üçün təhlükəsizlik protokollarından daha çox yayınırlar. Məsələn, onlar köhnə nəsillərə nisbətən daha çox iş və şəxsi hesablar üçün eyni şifrələrdən istifadə edirlər, məcburi İT yeniləmələrinə məhəl qoymurlar və kukilərə (cookies) daha az diqqət yetirirlər. Üstəlik, respondentlərin yalnız 35%-i etiraf edir ki, özlərini hazırlıqlı və iş yerində kibertəhlükəsizlik səhvlərindən qaça biləcək qabiliyyətdə hiss edirlər.

Korporativ istifadəçilər üçün İT təhlükəsizliyi ilə bağlı Kaspersky Mobile Quest [Dis]connected* mobil oyununun statistikası korporativ kibertəhlükəsizliklə bağlı daha bir problemi üzə çıxarır. Bu, şirkət işçilərinin rəqəmsal gigiyena qaydalarına riayət etməkdostlar və həmkarları ilə davamlı yaxşı münasibət arasında balansı qorumağın çətin olmasıdır. Təhlil olunan oyun seanslarına əsasən, bəzi işçilər "təhlükəsizlik" və "kommunikasiya" kimi göstəricilər arasında balans saxlamaqda problemlə üzləşir.

[Dis]connected oyununda personajın kibertəhlükəsizlik baxımından etdiyi seçim onun şəxsi və peşəkar həyatına təsir edir və üç fərqli sonluqdan biri ilə nəticələnir - yaxşı, neytral və ya pis. Oyunçuların əksəriyyəti (45%) "neytral" nəticə əldə edib, 42 faizi isə "yaxşı" sonluqla bitirməyi bacarıb. Ancaq nəticələrin 13% -i "uğursuz" olub: bu oyunçular üçün oyunun əsas göstəriciləri - sayıqlıq və empatiya arasında tarazlıq yaratmaq çətin olub.

“Kibersavadlılıq bacarıqlarının əyləncəli şəkildə öyrədilməsi çox gözəldir, çünki rəqəmsal gigiyena qaydalarına riayət etmək gündəlik həyatın bir çox aspektlərinə müsbət təsir göstərə bilər. Kaspersky-nin [Dis]connected oyunu işçilərə sayıqlıq və empatiya tarazlığını qorumağı, təkcə rəqəmsal təhlükəsizliyi artırmaq üçün deyil, həm də şəxsi məhsuldarlığı və komanda işini yaxşılaşdırmaq üçün müsbət vərdişlər əldə etməyi öyrədir” - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

[Dis]connected haqqında daha çox bilmək üçün oyunun App Store Google Play-də mövcud olan demo versiyasını sınaya bilərsiniz.