• 19 Aprel 2024
logo
Rusiya vətəndaşı Lənkəranda qəza törətdi: ölən var

Rusiya vətəndaşı Lənkəranda qəza törətdi: ölən var

Lənkəran rayonunda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq ölüdürüb.
Baymedia.az xəbər verir ki, hadisə yanvarın 30-u saat 05 radələrində Yeni Ələt-Astara-İran sərhəddi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü Temirbekov Arsen Maqomedsaidoviç idarə etdiyi "Volvo" markalı yük avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Mərdan Təbriz oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.