• 21 İyun 2024
logo
Ermənistandan Xankəndiyə 11 erməni gətirildi

Ermənistandan Xankəndiyə 11 erməni gətirildi

Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistandan Xankəndiyə 11 nəfər gətirib.
Baymedia.az xəbər verir ki, bu barədə Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəsi Zara Amatuni məlumat yayıb.
Eyni zamanda, BQXK-nin yük maşınları ilə Qarabağa təbbi ləvazimatları və digər zəruri mallar çatdırılıb.
Qeyd edək ki. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və ekologiyaya ciddi ziyan vurulmasına etiraz olaraq azərbaycanlı ekofəallar 12 dekabr 2020-ci ildən Laçın yolunda aksiya keçirir. Buna baxmayaraq, Laçın yolu humanitar məqsədlər üçün açıqdır.