• 19 Aprel 2024
logo
Naxçıvanın sabiq DİN rəhbərinin şikayəti ilə bağlı qərar...

Naxçıvanın sabiq DİN rəhbərinin şikayəti ilə bağlı qərar...

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.
Baymedia.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Dilsuz Məmmədov məlumat verib.
O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub.
Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.