• 19 Aprel 2024
logo
Maşınların İçərişəhərə giriş-çıxışı məhdudlaşdırılır

Maşınların İçərişəhərə giriş-çıxışı məhdudlaşdırılır

Əziz Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 26 yanvar 2023-cü il tarixində Qoşa Qala qapılarından İçərişəhər ərazisinə nəqliyyat vasitələrinin giriş və çıxışı məhdudlaşdırılacaq.
Baymedia.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilir ki, qeyd olunan tarixdə Qoruq ərazisinə alternativ olaraq giriş və çıxış Neftçilər prospektindən nəzərdə tutulub.