• 27 İyul 2024
logo
15 erməni əsgər Azərbaycanla sərhəddə yandı – Foto

15 erməni əsgər Azərbaycanla sərhəddə yandı – Foto

Xəbər verdiyimiz kimi, bu gecə, saat 01:30 radələrində Ermənistanın Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində yanğın baş verib, nəticədə 15 əsgər ölüb, 3-ü yanıq xəsarətləri alıb.
Baymedia.az xəbər verir ki, yanğının Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azad kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında olduğu bildirilir.
Yanğın baş verən hərbi hissə Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir.
Yanğının hansı səbəbdən baş verdiyi haqda heç bir məlumat yoxdur.