• 27 İyul 2024
logo
Sərxoş şəxs yolun ortasına uzandı, maşın üstündən keçdi

Sərxoş şəxs yolun ortasına uzandı, maşın üstündən keçdi

Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb.

Baymedia.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Yaşar Ramiz oğlu Novruzov yola çıxaraq avtomobillərin hərəkat zolağında yerə uzanıb.

Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb.

Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.