• 23 İyun 2024
logo
Bakıda qadın ağır qəza törətdi: ölən var

Bakıda qadın ağır qəza törətdi: ölən var

Bakı şəhəri, Binəqədi-Mehdiabad yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baymedia.az xəbər verir ki, Xədicə Allahverdiyevanın idarə etdiyi "Mersedes" markalı avtomobillə Rauf Abbasovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Nəticədə sonuncu avtomobildə sərnişin olan 1995-ci il təvəllüdlü Xumarǝ Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Allahverdiyeva isə müxtəlif dərəcəli xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.