• 24 Aprel 2024
logo
Gəncədə zəlzələ oldu: 45 saniyə davam etdi

Gəncədə zəlzələ oldu: 45 saniyə davam etdi

10:55
Gəncə şəhərində və yaxın rayonlarda zəlzələ olub.
Baymedia.az xəbər verir ki, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.
Yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da əhali hiss edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
***
Zəlzələrin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçkaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.