• 29 Mart 2024
logo
Tərtər işi: Ölən bu hərbçilər günahsız olub

Tərtər işi: Ölən bu hərbçilər günahsız olub

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məhkum edilmiş şəxslərdən daha ikisinin günahsız olmasının müəyyən edilməsi barədə məlumat yayıb.
Baymedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
İstintaqla mərhum Mehman Telman oğlu Hüseynov və Elxan Kəmaləddin oğlu Ağazadə ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılıb. Onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.