• 19 Mart 2024
logo
Bakıda bu avtobusun son dayanacağı dəyişdirildi

Bakıda bu avtobusun son dayanacağı dəyişdirildi

Bakıda 31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib.
Bu barədə Baymedia.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, dəyişikliyə səbəb Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək.