• 26 Aprel 2024
logo
Şuşada yanacaq yüklü maşın aşdı: ölən var

Şuşada yanacaq yüklü maşın aşdı: ölən var

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mersedes” markalı avtomobil aşıb.
Bu barədə Baymedia.az-a DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.