• 28 Mart 2024
logo
Sürücülərin nəzərinə: bu yollarda tıxac var

Sürücülərin nəzərinə: bu yollarda tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Baymedia.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
- Binəqədi şosesi - “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
- 20 Yanvar dairəsində;
- Tiflis prospekti - 20 Yanvar metrostansiyasından mərkəz istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Badamdar şossesi - Mərkəz istiqamətində sıxlıq;
- Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
- Bakıxanov küçəsi - "Dədə Qorqud" parkı istiqamətində;
- Heydər Əliyev prospekti - Köməkçi yol, mərkəz istiqamətində;
- Sabunçu-Zabrat şosesi - Koroğlu metrostansiyası istiqamətində;
- Mikayıl Əliyev küçəsi - Neft Emalı Zavodunun yanından Koroğlu metrostansiyası istiqamətində (dairəyə qədər);
- Qara Qarayev prospekti – “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
- 28 May və Dilarə Əliyeva küçələri - Rəşid Behbudov küçəsi istiqamətində;
- Rəşid Behbudov küçəsi - Mərkəzi Bank istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Afiyəddin Cəlilov küçəsi - Yusif Səfərov küçəsi istiqamətində;
- Babək prospekti - Mərkəz istiqamətində;
- 8 Noyabr prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.