• 4 Fevral 2023
logo
Azərbaycanda ər arvadını bıçaqladı

Azərbaycanda ər arvadını bıçaqladı

Xaçmaz rayonunda ər arvadını bıçaqlayıb.
Baymedia.az Report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Emin Nəsir oglu Mirzəyev həyat yoldaşı, rayonun Armudpadar kənd sakini 1997-ci il təvəllüdlü Aytən Nəbi qızı Mirzəyevaya mübahisə zamanı bir neçə bıçaq zərbəsi endirib.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Yaralının yaxınlarının bildirdiyinə görə, hadisə qısqanclıq zəmnində baş verib.
Faktla bağlı araşdırma aparılır.