• 8 May 2024
logo
Britaniya səfiri Gəncədə ağac əkdi

Britaniya səfiri Gəncədə ağac əkdi - Foto

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Gəncədə “Green Heart” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edib.

Baymedia.az xəbər verir ki, bu barədə diplomat Tvitterdə paylaşım edib.

“Bu layihənin çox maraqlı tarixçəsi var. Bal ormanı adlanan bu ərazidə 535 ailə balçılıqla məşğul olur və ağaclar məhz arılar üçün əkilib”, - o bildirib.