• 29 Noyabr 2023
logo
Metronun "Avtovağzal" stansiyasında işıqlar söndü

Metronun "Avtovağzal" stansiyasında işıqlar söndü

Metronun "Avtovağzal" stansiyasında problem yaranıb.

Baymedia.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, elektrik gərginliyinin düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

"4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir", - B.Məmmədov deyib.

B.Məmmədov bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək.