• 27 İyul 2024
logo
Sabirabadda ər arvadını bıçaqladı

Sabirabadda ər arvadını bıçaqladı

Sabirabadda gənc qadın bıçaqlanıb.
Baymedia.az Report-a istinadən xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü Təhminə Fuad qızı İsayeva ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qadına xəsarət yetirməkdə şübhəli bilinən əri saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.